“AzTV”də 26 milyonluq uyğunsuzluq aşkarlanıb
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb.
Adalet.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Qeyd edilib ki, audit nəticəsində “AzTV” QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi müəyyən edilib. Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.
Digər Xəbərlər
23 Oktyabr 2026 17:55
Əli Əsədov yeni qərar imzaladı
23 Oktyabr 2026 16:36
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul etdi - FOTOLAR
23 Oktyabr 2026 16:13
Yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - XƏBƏRDARLIQ
23 Oktyabr 2026 15:12
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23 Oktyabr 2026 13:08
"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun qəbul edilsin - TƏKLİF
23 Oktyabr 2026 12:41
İlham Əliyev Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik etdi
23 Oktyabr 2026 12:07
Hafiz İsmayılbəyli VƏZİFƏSİNDƏ QALDI
23 Oktyabr 2026 11:56


Bakı -°C

