Azyaşlı xilas edildi
Bakı-Quba avtomobil yolunda nəqliyyat vasitəsində olan azyaşlının vəziyyəti birdən-birə ağırlaşıb, istiliyi qalxıb və dili qatlanıb. Uşağın doğmaları avtomobili saxlayaraq həmin istiqamətdə fəaliyyət göstərən yol patrul xidməti maşınına yaxınlaşıblar. Onlar avtomobildə xidmət aparan Yol Patrul Xidməti Alayının birinci tağımının əməkdaşları polis baş serjantları Şükür İskəndərova və Kamran Nəzərliyə kömək üçün müraciət ediblər.
Hər iki polis əməkdaşı onları və uşağı öz xidməti maşınına əyləşdirərək Bakı şəhəri istiqamətində hərəkət ediblər və qısa zaman kəsiyində dili qatlanmış uşağı Qarayev adına Uşaq Xəstəxanasına çatdırırlar. Həkimlərin təcili müdaxiləsi və köməkliyi nəticəsində azyaşlı uşaq ölümün pəncəsindən xilas olur və həyata qaytarılır.
Uşağın valideynləri çətin vəziyyətdə və mürəkkəb anda onlara kömək edən və xəstəxanaya çatdıran Yol Patrul Xidməti Alayının birinci tağımının əməkdaşları Şükür İskəndərova və Kamran Nəzərliyə öz minnətdarlıqlarını bildirirlər. Deyirlər ki, nə yaxşı ki, yolda onlara rast gəldik. Əgər bu polis əməkdaşları bizə kömək etməsəydi, biz övladımızı itirmişdik.
Emil FAİQOĞLU
Digər Xəbərlər
16 Dekabr 2025 19:41
FHN-in yaranmasının 20 illiyi qeyd olundu - VİDEO + FOTOLAR
16 Dekabr 2025 19:22
Çevik Polis Alayı xalqımıza şərəflə xidmət edir...
16 Dekabr 2025 15:03
Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
16 Dekabr 2025 14:23
“Toy mərasimlərimiz bütün sifətləri ilə biabırçılıqdır...” - Sosioloq
16 Dekabr 2025 13:06
Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilir
16 Dekabr 2025 12:56
Bu şəxslərə daha çox məzuniyyət veriləcək
16 Dekabr 2025 12:34
Dövlət qulluğuna xitam verilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 12:22


Bakı -°C

