17 Mart 2023 12:38
633
ƏDƏBİYYAT

Baba Vəziroğlu: “Hələ də dünyanın min üzlü siyasətçiləri bizim üstümüzə gəlirlər...”

“Ermənistanın mina terroru dünəndən yox, elə neçə illərdir gündəmdədir. Bu tayfanın nümayəndələri hara ayaq basır oranı xarabalığa çevirir. Onlar bayquş xislətli bir tayfadırlar, mən bunlara heç vaxt millət, xalq demirəm. Hər yanı xarabalıq, viranə görmək istəyirlər. Onların həyatda məqsədi, amalı niyyəti ancaq budur”

Bunu Adalet.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib. B.Vəziroğlu Azərbaycanın unitar dövlət kimi sərhədlərini bağlamasının vacibliyini vurğulayıb:

“Onlardan fərqli olaraq biz qurub-yaradan, səhraları gülüstana çevirən xalqıq. Bunlar tamam başqa bir toplumdu və gəlib Qafqaza düşüblər. Sonra da deyirlər ki, guya biz qafazlıyıq, min illərdir tarixləri var. Min illərdir tarixi olan xalq yaşadığı yeri xarabalığa çevirərmi? Torpaqlarımızı otuz il işğalda saxlayıb dedilər ki, bu əbədilik bizimdir. Bəs insan əbədi yaşamaq istədiyi torpağı viranəyə çevirər? Camaat torpağa gül, toxum əkir ki, barın görsün. Bunlar torpağa mina əkirlər və bunun da barı ölümdür.  Bu minanın qurbanı həm də özləri olurlar. 

İndi artıq Ermənistanda mina daşınan yollar bağlanıb. Bizim eko-fəallar yolları bağlayıb, ərzaq və humanitar yardım üçün yalnız keçidə icazə verilir. İndi artıq ümumiyyətlə sərhəddi bağlamalıyıq. Gördünüz onlar Xankəndinə başqa yollarla silah daşıyırlar. Hələ də dünyanın min üzlü standartlarıyla işləyən siyasətçiləri bizim üstümüzə gəlirlər. 

Azərbaycan unitar dövlətdir və onun sərhədləri qapalı olmalıdır. Sən cəhənnəm olub bura gəlmək istəyirsənsə, pasportunu gömrüyə təqdim edib yoxlanırsan və sonra gəlirsən. Ermənistan sülh müqaviləsi söhbətini məsələni uzatmaq üçün edir. Onlar necə əsrlərdir ki, xam xəyallarla yaşayıblar və indi də o cür düşünürlər. Elə düşünürlər ki, bütün dünya bunları müdafiə etməlidir. Onların bu gün yaşadığı yer də qədim Azərbaycan torpağıdır və səni ordan çıxarmırıq ki. Sənin Qarabağla axı nə işin var. Bir daha təkara edirəm ki, unitar Azərbaycanın sərhədləri qapanmalıdır”.

Vasif Əlihüseyn