Bağça müdiri qaydaları pozdu, övladının həyatını təhlükəyə atdı - DYP-dən açıqlama - VİDEO
Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb.
Adalet.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobili idarə edən xanım sözügedən qayda pozuntusunun videosunu öz sosial hesabında paylaşıb.
Bildirilir ki, görüntünü paylaşan İlahə Xudu qızı adlı şəxs özəl bağçalardan birinin müdiri və inkişaf mərkəzinin rəhbəridir.
Kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi görünür. Qanunvericiliyə görə, bu yaşda uşaqların ön oturacaqda oturmasına icazə verilmir.
Eyni zamanda, qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükandan çəkib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparılır:
"Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir. Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət deyil, həm də azyaşlıların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl edilməlidir", - deyə məlumatda bildirilir.
Digər Xəbərlər
17 May 2026 20:00
Polislər bu gün yollarda… - VİDEO
17 May 2026 18:18
İntensiv yağışların fəsadları aradan qaldırılır - FHN
17 May 2026 18:05
Bu gün Bakı və Abşeronda ilin ən çox yağıntı düşən günü oldu
17 May 2026 17:11
Yollarda görünüş məhdudlaşacaq
17 May 2026 14:21
Bakıda intensiv yağışın nəticələri aradan qaldırılır - FOTOLAR
17 May 2026 12:05
Şahdağda qar yağır - FAKTİKİ HAVA
16 May 2026 23:22
"28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? - VİDEO
16 May 2026 19:22


Bakı -°C

