adalet.az header logo
  • Bakı -°C
31 May 2026 12:53
54
DÜNYA
A- A+

ABŞ və İsrail buludlara müdaxilə edir?

"İran, Türkiyə, Azərbaycan, İraq və Suriyada son dövrlərdə müşahidə olunan intensiv yağıntılar və su anbarlarının dolması iqlim dəyişikliklərinin deyil, süni müdaxilələrin nəticəsidir".

Adalet.az xəbər verir ki, bunu türk araşdırmaçı Fahrettin Taşkaya iddia edir.

Onun sözlərinə görə, bu prosesin arxasında ABŞ və İsrail dayanır.

Araşdırmaçı bildirib ki, İran-İsrail və ABŞ arasında yaşanan hərbi qarşıdurma zamanı bəzi sistemlər fəaliyyət göstərə bilməyib və bunun nəticəsində bölgədə yağışların artdığı müşahidə olunub. O, xüsusilə İranda illər sonra ilk dəfə bu qədər güclü yağışların yağdığını və dağlardakı qar örtüyünün uzun müddət ərimədiyini iddia edib.

F.Taşkaya həmçinin, Türkiyədə daşqınların baş verdiyini, İraqda quraqlıqdan əziyyət çəkən ərazilərin yenidən yaşıllaşdığını, su anbarlarının dolduğunu qeyd edərək bunları öz iddialarına sübut kimi göstərib.

Araşdırmaçı çıxışında buludların və yağışların oğurlandığını, ABŞ və İsrailin iqlimə müdaxilə etdiyi iddiasını irəli sürərək, son hadisələrin bu nəzəriyyələri təsdiqlədiyini bildirib./yenisabah