Bağçalarda tətil günlərinin vaxtı açıqlandı
8-13 noyabr tarixlərində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərməyəcək.
Adalet.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, bağçalar fəaliyyətini 14 noyabrdan davam etdirəcək.
Qeyd edək ki, bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Digər Xəbərlər
21 Oktyabr 2026 18:21
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
21 Oktyabr 2026 09:44
Dünyanın ən qədim universitetləri - Siyahı
20 Oktyabr 2026 10:44
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
19 Oktyabr 2026 14:16
Aqil Abbas Füzulidə müəllimlərlə görüşdü
16 Oktyabr 2026 17:24
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026 11:57
Xaricdə təhsil alanların DİQQƏTİNƏ!
15 Oktyabr 2026 16:51
LDU-da strateji hədəflər müzakirə olunub
15 Oktyabr 2026 10:49


Bakı -°C

