“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
İnnovasiya və sürət lideri “Bakcell” dünyanın aparıcı taksi aqreqatorlarından biri olan “Uber” ilə əməkdaşlığını davam etdirir. “Uber” platforması vasitəsilə hər sifariş zamanı sərnişinlər səyahət boyu "Bakcell”in ödənişsiz təklif etdiyi 1GB həcmində internet paketindən faydalana biləcəklər.
Adalet.az xəbər verir ki, təklifdən yararlanmaq üçün “Uber” tətbiqi üzərindən sifariş zamanı "Fastest" kateqoriyasındakı tariflərdən birini seçmək kifayətdir. Təqdim olunan 1 GB internet paketi sərnişinlər üçün 30 dəqiqə ərzində keçərli olacaq. "Bakcell" və "Uber"in istifadəyə verdiyi bu innovativ xidmət sürət və bağlantını bir araya gətirərək sərnişinlərə daha səmərəli və fərqli səyahət təcrübəsi qazandıracaq.
“Bakcell” davamlı olaraq abunəçilərinin gündəlik təcrübəsini zənginləşdirən innovativ məhsul və həllər təqdim edir. Belə ki, son bir il ərzində şirkət Azərbaycanda “Birinci Tariff”, “Tarif məsləhətçisi”, “VoWifi”, “Bakcell Fiber”, “Star tarifləri” daxil olmaqla süni intellekt, texnologiya və son dövr yeniliklərə əsaslanan məhsul və xidmətlərini istifadəyə verib.
Təklif barədə daha ətraflı məlumatı “Bakcell”in saytından və ya rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
10 Oktyabr 2026 10:15
Ağıllı eynəkləri qadağan edirlər
07 Oktyabr 2026 12:51
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
06 Oktyabr 2026 16:06
Azercell-in baş icraçı direktoru DCO-nun Baş katibi ilə görüşdü
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31


Bakı -°C

