“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub - FOTOLAR
Azərbaycanın ən sürətlisi “Bakcell”in uzun illər tərəfdaşı olduğu “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya başa çatıb. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və sentyabrın 7-dən 21-dək davam edən builki aksiyanın sonuncu məntəqəsi Novxanı sahilləri olub.
Adalet.az xəbər verir ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya, bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. Kampaniyanın əsas məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərinin təşviqidir.
“Bakcell” əməkdaşları da aksiyada fəal iştirak edərək sahil təmizləmə işlərinə öz töhfələrini veriblər. Onlar həm tullantıların yığılması, həm də onların çeşidlənərək təkrar emala göndərilməsində yaxından iştirak ediblər.
Ekoloji aksiyalarda iştirak “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və davamlılıq mövzularında təşəbbüsləri dəstəkləməyi və bu sahədə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
08 Iyun 2026 16:59
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
06 Iyun 2026 19:18
Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
06 Iyun 2026 17:27
Apple ChatGPT-ni batırır - SİRİ-yə yenilik gəlir
05 Iyun 2026 09:16
“Süni intellektin insanı sürətlə alətə, vasitəyə çevirmək təhlükəsi...”
03 Iyun 2026 16:13
“Bakcell”in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
01 Iyun 2026 16:37
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub
25 May 2026 16:14
“Bakcell” və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
25 May 2026 15:37


Bakı -°C

