“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib

İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar. Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.
Tədbirin keçirilməsində məqsəd süni intellekt və innovativ texnologiyaların dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı mühüm rolu, eləcə də yaşıl texnologiyalara keçidin ətraf mühit və iqtisadiyyat üçün yaratdığı perspektivləri müzakirə etmək olub. İştirakçılar qeyd ediblər ki, süni intellekt əsaslı yeni texnologiyalar resurslardan daha səmərəli istifadəyə, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə yeni yanaşmalar tətbiq etməyə imkan verir. Vurğulanıb ki, süni intellektin tətbiqinin genişlənməsi ekoloji və iqtisadi dayanıqlığı gücləndirərək daha yaşıl və dayanıqlı gələcəyin qurulmasına önəmli töhfə verəcək.
İnteraktiv formada təşkil olunan panel müzakirəsi sual-cavab sessiyası ilə davam edib.
Tədbir “Bakcell”in dayanıqlı inkişaf hədəflərinə çatmaq və yaşıl texnologiyalar vasitəsilə iqtisadi inkişafa töhfə vermək istiqamətində öhdəliyinə sadiqliyini göstərir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
29 Oktyabr 2025 16:48 “TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib
25 Oktyabr 2025 14:15 Yeni “iPhone” dizaynları təqdim ediləcək
24 Oktyabr 2025 18:04 “Bakcell” lotereyasında 3-cü avtomobilin qalibi bəlli oldu - Növbəti sən ola bilərsən!
22 Oktyabr 2025 12:13 Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
20 Oktyabr 2025 16:22 “Bakcell” bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək!
17 Oktyabr 2025 19:49 Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!
15 Oktyabr 2025 13:40 "Bakcell" abunəçiləri üçün həyəcanlı anlar- Növbəti “Zeekr 001” avtomobilinin qalibi sən ola bilərsən
14 Oktyabr 2025 20:45 

Bakı -°C 










