"Bakı-İrəvan sülhü regionu logistika mərkəzinə çevirəcək" - Xaçaturyan
Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də regional layihələrin həyata keçirilməsi Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək.
Adalet.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birgə keçirdiyi brifinqdə deyib.
Xaçaturyan qeyd edib ki, o, Kavelaşvili ilə regional məsələləri, avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında imzalanmış sülh sazişinin müddəalarını və iqtisadi gündəliyi müzakirə edib: "Bizim suverenliyə, şəxsiyyətə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız son dərəcə vacibdir. Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də müvafiq layihələrin həyata keçirilməsi Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək. Rifahın təmin edilməsi bizim müştərək məsuliyyətimizdir və biz münasibətlərin daha da dərinləşməsi üçün hər cür səy göstərəcəyik".
Digər Xəbərlər
19 Noyabr 2025 13:47
Ərdoğan: Türkiyə hərbi təyyarəsinin qəza səbəbi hərtərəfli araşdırılır
19 Noyabr 2025 13:38
Moskvada məşhur hoteldə yanğın: 400 nəfər təxliyə edildi
19 Noyabr 2025 13:19
ABŞ Venesuela ilə gizli danışıqlar aparır
19 Noyabr 2025 13:10


Bakı -°C

