adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2025 18:55
107
KRİMİNAL
A- A+

Rəqsanə ev dustaqlığına buraxıldı - YENİLƏNİB

Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Adalet.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində bununla bağlı təqdim olunan vəsatətə baxılıb.

Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

Məlumata görə, dəymiş zərərin müəyyən hissəsinin ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.

 

***

Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Adalet.az xəbər verir ki, bununla bağlı Sabunçu rayon Məhkəməsi qərar verib.

Qeyd edək ki, bu barədə ilk xəbəri jurnalist Elvin Basqallı məlumat yayıb.