Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib - FOTOLAR
AHİK‑in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla birbaşa dialoq və əməkdaşlığı genişləndirmək məqsədilə növbəti regional görüşünü Mərkəzi Aran bölgəsində təşkil edib. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yevlax və Mingəçevir şəhərləri, həmçinin Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının təhsil müəssisələrində fəaliyyət göstərən 520 ilk həmkarlar ittifaqı təşkilatının sədri iştirak edib.
Adalet.az xəbər verir ki, tədbirə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və komitənin digər məsul əməkdaşları qatılıblar. Araz Paşayev çıxışında AHİK‑in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu diqqətə çatdırıb və üzv təşkilatlar arasında həmrəylik prinsipinin Komitənin fəaliyyətində əsas xətt olduğunu vurğulayıb. O, birbaşa ünsiyyəti genişləndirməyin və ilk təşkilatlara sistemli dəstək göstərməyin prioritet olduğunu qeyd edib.
Tədbir çərçivəsində sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının müdafiəsi üzrə həyata keçirilən layihələr barədə təqdimatlar edilib. İlk təşkilat sədrləri ilə sual-cavab formatında müzakirələr aparılıb və səslənən təkliflər qeydiyyata alınıb. ETİHİ rəhbərliyi bu formatda regional görüşlərin ölkənin digər bölgələrində də davam etdiriləcəyini və üzv təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin əsas məqsəd olduğunu bildirib.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkə üzrə 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatı birləşdirir.
Digər Xəbərlər
09 Yanvar 2026 21:23
Nəsimi rayonuna rəhbərlik bu xanıma tapşırıldı
09 Yanvar 2026 17:55
Publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib
09 Yanvar 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaq vahid anlayışından istifadə olunacaq
09 Yanvar 2026 16:10
AZAL Bakı-Tehran-Bakı reysini ləğv etdi
09 Yanvar 2026 14:21
AZAL Bakı-Moskva reysini təxirə saldı - SƏBƏB
09 Yanvar 2026 14:14
Üç televiziyanın, bir radionun yayımı müvəqqəti dayandırılacaq
09 Yanvar 2026 14:04
“Ekol TV ilə heç bir əlaqəm yoxdur” - Mübariz Mənsimov
09 Yanvar 2026 12:52


Bakı -°C

