İşğaldan azad edilmiş 3 şəhər sel sularından mühafizə üzrə layihələndiriləcək
Azərbaycanın azad edilmiş ərazilərində sel sularından mühafizə məqsədilə tədbirlər görüləcək.
Adalet.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, Cəbrayıl və Zəngilan şəhərlərinin dağlardan və dərələrdən gələn sel sularından, Qubadlı şəhərinin isə Bərgüşad çayından gələn sel və daşqınlardan mühafizəsi məqsədilə layihələndirmə xidmətləri aparılacaq.
Belə ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq tədbirləri yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını “Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, sözügedən şəhərlərin sel sularından layihələndirilməsi xidməti 922,2 min manata başa gələcək.
Qeyd edək ki, işlərin həvalə olunduğu şirkət 2011-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Koru Murat adlı şəxsdir.
Digər Xəbərlər
19 Noyabr 2025 18:17
Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib - FOTOLAR
19 Noyabr 2025 17:15
"Onkoloji xəstələrin dərman təminatı lazımi səviyyədə deyil" - Deputat
19 Noyabr 2025 17:02
Hərbçilərin mənzillə təmin olunmasına ayrılan vəsait artırılsın - TƏKLİF
19 Noyabr 2025 16:05
"Neft gəlirlərinin azalması paytaxtdan bölgələrə qayıdış üçün fürsətdir" - Zahid Oruc
19 Noyabr 2025 11:22
"Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir" - DYP
18 Noyabr 2025 19:01
Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir
18 Noyabr 2025 15:46
Azərbaycanda xəbər saytlarına girişdə problem yarandı
18 Noyabr 2025 13:02


Bakı -°C

