Bakıda 53 evin qaz sayğacını oğurladılar

Paytaxtda 53 evin qaz sayğacını oğurlayan şəxslər saxlanılıb.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb. Paytaxt sakinləri olan 53 nəfər zərərçəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət ediblər.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.
Digər Xəbərlər

Hərbi hissədə Ermənistan vətəndaşları olan zabitlər üstünlük təşkil edib - Məhkəmədə etiraf

Azərbaycan ərazilərində becərilən taxıl məhsulu Ermənistana göndərilirmiş

11 min manata yaxın olan naqili oğurlayanlar tutuldu

Nardarandakı bağ evlərindən 150 min manatlıq oğurluq etdi - VİDEO

Bakıda aktyor və arvadını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edildi

Ağstafada şagird məktəb yoldaşını bıçaqladı

Qaradağ və Abşeronda hərbi sursatlar aşkarlandı
