Bakıda aktyor və arvadını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edildi

Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Adalet.az Apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, İslam Hadıyevin ömrlük azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili ona verilən ittihamlardan bəzilərinə xitam verilməsini və 181-ci maddənin oğurluq maddəsinə tövsif olunmasını xahiş edib.
İslam Hadıyev son sözündə ona ömürlük həbs verilməməsini xahiş edib: "Mən 20 ilə də razıyam, amma sizdən xahiş edirəm mənə ömürlük cəza verməyin".
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, İslam Hadıyev ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. İki nəfərin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Narkotik vasitənin təsiri altında olan taksi sürücüsü həbs edildi

"Mall"da qadınların telefonlarını oğurlayan şəxslər saxlanıldı

Abşeronda əməliyyat keçirilib - Saxlanılanlar var

Azərbaycanlı milyonçunun bazarına basqın - VİDEO

İsmayıllıda kişi meyiti tapıldı

Bağanıs Ayrımda yandırılan 39 günlük körpə ilə bağlı videomateriallar göstərildi - Məhkəmə - FOTOLAR

Bank kartları ilə bağlı növbəti XƏBƏRDARLIQ
