Bakıda 9 avtomobildən və 7 evdən oğurluq edənlər tutuldu
Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.
DİN-dən Adalet.az-a bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əməli törətməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlanılıb.
Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.
Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.
Araşdırmalar aparılır.
Digər Xəbərlər
06 Fevral 2025 13:43
Qubada saxlanılandan 8 kiloqram narkotik vasitə aşkarlandı
06 Fevral 2025 11:17Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
06 Fevral 2025 10:27Ucarda məktəbli sinif yoldaşını bıçaqladı
05 Fevral 2025 15:32Xarici kiber müdaxilələrlə ötən il 22 milyon manat talanıb
05 Fevral 2025 15:24