Bakıda atasının maşınında nəzarətsiz qalan 2 azyaşlı qəza törətdi - Ölən var
Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Belə ki, rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb.
Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.
Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
"Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.
Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.
Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur", - deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər
01 May 2026 18:51
Polis bayrağa hörmətsizlik edən şəxsi saxladı
01 May 2026 15:05
Partlayışda yaralanan həkim vəfat etdi
01 May 2026 13:03
Biləsuvarda 205 kq qanunsuz at satışının qarşısı alındı
01 May 2026 09:39
"Aktau qəzası"nın istintaqı Qazaxıstanda davam edir
30 Aprel 2026 19:40
Onkologiya Mərkəzindəki partlayışı həkimi öldürmək istəyən xəstə törədib - Cinayət işi başlandı
30 Aprel 2026 17:00
“Övladım həmin gün evdə…” - Hamamda zəhərlənən 14 yaşlı qızın anası danışdı - VİDEO
30 Aprel 2026 15:47
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən və xəsarət alan var
30 Aprel 2026 11:55


Bakı -°C

