Bakıda binada yanğın: 12 nəfər təxliyə edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onikimərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m olan üçotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 18 kv.m sahədə yanıb.
Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub.
Digər Xəbərlər

Zorakılığa məruz qalmış uşaq səhiyyə müəssisəsinə yerləşdirildi

Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldı

İki ay öncə yanıq xəsarətləri alan kişi xəstəxanada öldü

Taxtakörpü-Ceyranbatan su kanalında iki nəfər batıb

Yerdə güclü geomaqnit qasırğaları başlayıb

Masazırda fərdi yaşayış evindəki yanğında iki nəfər ölüb - YENİLƏNİB

Batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edildi - VİDEO
