adalet.az header logo
  • Bakı -°C
13 Mart 2026 10:21
80
HADİSƏ
A- A+

Bakıda binanın həyətindən meyit tapıldı

Bakıda binanın həyətində kişi meyiti tapılıb.

Adalet.az xəbər verir ki, hadisə səhər saat 8 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsində qeydə alınıb.

32 yaşlı Qarakişizadə Cəlal Yaşar oğlunun meyiti həmin küçədəki binalardan birinin həyətində sakinlər tərəfindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.

Araşdırma aparılır.