Bakıda bu məktəblər birləşdirildi - RƏSMİ
Bakı şəhərində yerləşən iki məktəb birləşdirilib.
Adalet.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki,Bakı şəhəri 25 nömrəli tam orta ümumtəhsil məktəbinin Humanitar fənlər təmayüllü məktəb-liseylə birləşdirilməsi tədrisin daha səmərəli təşkili, idarəetmənin və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
Birləşdirilmə zamanı təhsilalanların və təhsilverənlərin mənafeyinin qorunması, həmçinin öncül təcrübənin tətbiqi diqqət mərkəzində saxlanılan əsas amillərdəndir. Proses çərçivəsində heç bir ixtisar və məhdudlaşdırma nəzərdə tutulmur.
Yeni dərs ili ərəfəsində məktəbin kollektivi və valideynlərlə görüşlərdə bütün bu məqamlar və qanunauyğun proseslər bir daha diqqətə çatdırılıb. Görüş iştirakçılarının mütləq əksəriyyəti yeniliyi razılıqla qarşılayıb, aparılan islahatları müsbət dəyərləndirib.
Digər Xəbərlər
07 Aprel 2026 15:57
Övladı 1-ci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
07 Aprel 2026 11:48
Azərbaycan Universiteti Qazaxıstanda keçirilən "Study in Azerbaijan" təhsil sərgisində təmsil olunur
06 Aprel 2026 19:30
Almatıda Qazaxıstan və Azərbaycanın II Rektorlar Forumu keçirildi - FOTOLAR
06 Aprel 2026 12:02


Bakı -°C

