Övladı 1-ci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb.
Bu barədə Adalet.az-a BŞTİ-dən məlumat verilib.
Qeyd edilib ki, 2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb:
"Mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, aprelin 15-dək 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya [email protected] elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər.
Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.
5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər".
Digər Xəbərlər
29 Aprel 2026 17:03
Bu məktəblərdə sertifikasiya tətbiq olunacaq
29 Aprel 2026 14:21
Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir
29 Aprel 2026 12:12
“Əgər məktəbdə iş tərbiyə, nəsihət, psixoloq söhbətindən ötübsə...”
29 Aprel 2026 11:05
Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
29 Aprel 2026 10:13
Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır
28 Aprel 2026 14:41
Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans keçirilib
28 Aprel 2026 13:19
Azərbaycanlı şagird dünya birincisi oldu
28 Aprel 2026 12:52


Bakı -°C

