Bakıda çimərlikdəki ilanlar təhlükəlidirmi? – Açıqlama
Bakıda çimərlik ərazilərdə suda görünən ilanlar həmin yerlərdə qəfildən peydə olmayıb, bu sürünənlər elə həmin ərazilərdə yaşayırlar.
Adalet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov son günlər Bakıda çimərlik ərazilərdə ilanların olması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, yayda çimərlik kimi istifadə olunan dəniz sahili ərazilərdə, çimərliyin özünə bitişik quraq, daşlı-qayalı, kol-koslu, insanın iştirakı olmayan ərazilər var.
"Belə lokal sahələrdə quruda və suda, o cümlədən də zəhərli gürzə ilanına rast gəlmək olar. Sözügedən yerlərdə onların gizlənmə yerləri var. Soyuq aylarda insanlar çimərlik ərazilərdə olmur deyə ilanları görmür. Yayda dənizə gedəndə ilanları görürlər, elə bilirlər ki, onlar həmin yerlərdə yeni peydə olur. Əslində isə su ilanları yumurtalarını quruda qoyur və dənizə qidalanmaq üçün gedir. Bundan başqa, digər bir səbəb isə onların olduğu ərazilərə insanların yaxınlaşması ola bilər".
T.İsgəndərov əlavə edib ki, gürzə ilanından başqa, digərlərinin suda olması insanlar üçün təhlükə yaratmır:
"Əgər biz onların təbii yaşadığı yerə girib yaxınlaşıb deyiriksə, burada ilanlar peydə olunub, bu, düzgün deyil. Gürzə ilanından başqa, digərlərinin insanlar üçün təhlükəsi yoxdur, yəni zəhərli formada sancmır. Qabaqlayıcı tədbir kimi nəsə etmək də mümkün deyil. Burada insanları maarifləndirmək lazımdır. İlan yaşayan qayalı yerlərdən uzaq durmaq lazımdır, kol-kosa yaxın əraizlərdə ocaq qalanmamalıdır".
Digər Xəbərlər
12 Aprel 2026 00:26
Pravoslav xristianları Pasxa bayramını qeyd edir
12 Aprel 2026 00:14
Prezidentin “Kamaz” bağışladığı Ayazın atası DANIŞDI - VİDEO
11 Aprel 2026 19:25
İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirləri görüləcək
11 Aprel 2026 12:05
Bakı küçələri yuyuldu
11 Aprel 2026 11:55
Vətən müharibəsi şəhidinin qardaşına vəzifə verildi - FOTOLAR
11 Aprel 2026 00:09
Çiyələyə zəhərli maddələr qatılır? - GÖRÜNTÜLƏR YAYILDI - VİDEO
10 Aprel 2026 20:00
Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır? - Rəsmi açıqlama
10 Aprel 2026 17:57


Bakı -°C

