Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda qeyd olunub:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Yunanıstan Azərbaycanla qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa əsaslanan güclü və dinamik tərəfdaşlığı yüksək qiymətləndirir. Enerji sahəsinin ikitərəfli münasibətlərimizin təməl daşı olmasına baxmayaraq, əməkdaşlığımızın davamlı şəkildə ümumi maraq doğuran yeni istiqamətlərdə genişlənməsini görməkdən məmnunam.
Biz beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş prinsipləri, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörməti rəhbər tutaraq əlaqələrimizi daha da dərinləşdirməyə sadiqik. Azərbaycan xalqına davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Digər Xəbərlər
27 May 2026 12:01
“ABŞ və Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk”
27 May 2026 10:15
"Türkiyədə demokratik ənənələr zərbələr alsa da , geosiyasi gücünü artırır"
27 May 2026 09:55
"Vaşinqton Hindistanın Rusiyadan neft alışını azaltmasını istəyir"
26 May 2026 22:22


Bakı -°C

