İsxak Hersoq Prezidenti təbrik edib
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
İsrail Dövləti və vətəndaşları adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Qoy qürur duyduğumuz bu bayram günü dövlətiniz və xalqınız üçün daha bir sülh, rifah ilinin başlanğıcı olsun!
Azərbaycanla strateji cəhətdən həyati əhəmiyyətli və fəal inkişaf edən əlaqələrimiz İsraildə yüksək dəyərləndirilir. Bu, təkcə siyasətlə məhdudlaşmır, xalqlarımız arasında səmimi dostluq münasibətləri də mövcuddur.
Sizi dost adlandırmaq mənim üçün xüsusi şərəfdir və mən açıq, səmimi dialoqumuza böyük dəyər verirəm. İlin əvvəlində Davosda Sizi görmək fürsətini səmimi-qəlbdən qiymətləndirirəm.
Ortaq bölgəmizdə bir çox çətinliklər var və Azərbaycan ilə İsrail bu mürəkkəb mühitdə sabitliyin iki lövbəri rolunu oynayır. Bundan başqa, mən qəti şəkildə inanıram ki, sıx, ikitərəfli əlaqələrimiz Avrasiyada bir çox digər iştirakçılara müsbət təsir göstərir.
Bu baxımdan, iqtisadi əməkdaşlığımızda, xüsusilə də enerji sahəsində nail olduğumuz əhəmiyyətli irəliləyişlər barədə məlumat əldə etməkdən çox məmnun oldum. Ümid edirəm ki, əlaqələrimiz növbəti ildə də möhkəmlənməyə davam edəcək.
Qoy qarşıdan gələn il böyük Azərbaycan dövləti və onun xalqı üçün davamlı uğurlar və tərəqqi ili olsun!"
Digər Xəbərlər
26 May 2026 17:10
Prezident Rauf Əliyevə orden verdi
26 May 2026 14:37
Mirziyoyev Əliyevi təbrik etdi
26 May 2026 13:52
Milli Məclisin yaz sessiyası başa çatdı - Növbədənkənar sessiya keçiriləcək
26 May 2026 13:50
Milli Məclis Prezident və birinci xanımı təbrik edib
26 May 2026 13:03
Bahar Muradova parlamentdə hesabat verdi - YENİLƏNİB
26 May 2026 12:59
"Azərbaycanda STM-ə ehtiyac var"
26 May 2026 12:56
Rusiya səfiri: "Azərbaycanla milli valyutalarla hesablaşmalar uğurla aparılır"
26 May 2026 12:43


Bakı -°C

