TRIPP-lə bağlı çərçivə sazişini parafladılar - FOTO
İrəvanda səfərdə olan ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişini paraflayıblar.
Adalet.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, imzalanma mərasimi İrəvanın “Zvartnots” hava limanında baş tutub.
Tərəflər həmçinin ABŞ və Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Nizamnaməni, həmçinin nadir torpaq metallarının və kritik vacib mineralların hasilatının, emalının və tədarükünün təmin edilməsi haqqında Çərçivə Memorandumunu imzalayıblar.
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio bu gün İrəvana səfər edib.


Bakı -°C

