adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Mart 2023 09:39
340
HADİSƏ

Bakıda DƏHŞƏT: Bacısının ölümünə dözməyən qardaş intihar etdi

Bakıda evdən iki meyit tapılıb.

Adalet.az xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.

Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.

Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.