Bakıda gənc oğlan sevgilisini öldürdü, sonra özünə xəsarət yetirdi
Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.
Araşdırma aparılır.
Qeyd edək ki, Səbuhi Qurbanovla Elnarə Cabbarovanın sevgili olduqları bildirilir.
Digər Xəbərlər
26 Dekabr 2024 11:20
Ötən gün 5,2 kq narkotik aşkarlanıb
26 Dekabr 2024 10:14Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı
25 Dekabr 2024 19:48Azər Zahid və başqa 4 nəfər barəsində qərar verildi - YENİLƏNİB
25 Dekabr 2024 11:05Bakıda 6 evdən oğurluq edənlər saxlanıldı
24 Dekabr 2024 10:53