Bakıda həbs edilən Oleq Bakinski nədə ittiham olunur?
Tanınmış ukraynalı milyarder, kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) həbsinin təfərrüatları məlum olub.
Adalet.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə, ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham verilib.
Hazırda iş üzrə istintaq aparılır, Oleq Bakinski barəsində həbs qətimkan tədbiri seçilib.
Oleq Bakinskinin əməli sübuta yetirilərsə maddənin sanksiyasına görə o, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Oleq Krapivin bir neçə gün qabaq Bakıda saxlanılıb. Onun saxlanması ilə bağlı xəbəri DİN mətbuat xidməti təsdiq edib.
Digər Xəbərlər
15 Iyul 2026 16:19
14 il şiddət görən qadının əri saxlanıldı
13 Iyul 2026 13:18
Binəqədidə civə satmaq istəyənlər saxlanıldı - VİDEO
11 Iyul 2026 12:10
Fatimənin qatili hava limanında SAXLANILDI - VİDEO
11 Iyul 2026 09:42
Azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
09 Iyul 2026 20:00
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - YENİLƏNİB
09 Iyul 2026 12:25
Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO
08 Iyul 2026 17:48
Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi - VİDEO
08 Iyul 2026 13:48


Bakı -°C

