Bakıda koronavirusa görə gimnaziyada ənənəvi tədris dayandırıldı
Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında koronavirusa görə ənənəvi tədris dayandırılıb.
Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, gimnaziyanın bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.
Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.
Qeyd edək ki, ölkə üzrə əyani tədris bərpa olunduqdan bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.
Digər Xəbərlər
05 May 2024 15:30
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
04 May 2024 15:56Bakıda “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir
03 May 2024 16:07Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18