Bakıda körpələr evində yanğın

Paytaxtdakı 332 nömrəli körpələr evi-uşaq bağçasında məhdud hissədə yanğın baş verib.
Bu barədə Adalet.az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.
Bağçadakı uşaqların və işçilərin, həmçinin yaxın ərazidə yerləşən 162 nömrəli tam orta məktəbin şagird və müəllim kontingentinin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Digər Xəbərlər

Polis suda batan "Lexus" sürücüsünü xilas etdi - VİDEO

Ağsuda ekskavatorun aşması nəticəsində ölən şəxs sahə rəisi imiş - VİDEO - YENİLƏNİB

Azərbaycanda tələbə vəfat edib

"Sədərək" Ticarət Mərkəzini su basdı - VİDEO

Köməksiz vəziyyətdə qalan 20 nəfər təxliyə edildi - VİDEO - YENİLƏNİB

"Jalə" ticarət mərkəzindəki yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Güclü yağışın yaratdığı fəsadlar aradan qaldırılır - VİDEO
