Əhməd İsmayılov Aida Balayeva ilə görüşüb - FOTOLAR

Astanada təşkil olunan II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Qazaxıstan mədəniyyət və informasiya naziri Aida Balayeva arasında ikitərəfli görüş keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb.
Bununla yanaşı, tərəflər arasında imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.
Digər Xəbərlər

"Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib

Əhməd İsmayılov: Son 5 ildə media islahatlarının əsas məqsədi informasiya mühitini qorumaqdır

“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu - SƏRƏNCAM

“Medianın inkişafında Heydər Əliyevin rolu” adlı konfrans keçirildi - FOTOLAR - YENİLƏNİB

"Demokratik mətbuatın sürətli inkişafı Ümummilli Liderin adı ilə bağlıdır" - Əhməd İsmayılov

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından - REAKSİYA

Bu hallarda media subyektləri Media Reyestrindən çıxarılacaq
