04 Sentyabr 2025 11:28
80
MƏMLƏKƏT

Bakıda külək güclənib - FAKTİKİ HAVA

Sentyabrın 4-ü saat 10:00-a olan məlumata əsasən Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s-dək güclənir.