Oğuzda təbiəti çirkləndirənlər cəzalandırıldı
Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, tədbirlər zamanı rayonun Xaçmaz kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan şəxslər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.
Həmçinin, profilaktik tədbirlər çərçivəsində rayon ərazisində məişət tullantılarını tutumlardan kənar yerlərə atan 6 şəxs barəsində də polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilib.
Digər Xəbərlər
07 Fevral 2026 13:56
“Yas məclisi təsəlli, səbr, dua və sosiallaşma, həmdərd olmaq üçündür...”
07 Fevral 2026 12:58
Alidə Mustafayeva Seymur Orucovdan ayrılıb? - Özündən açıqlama
06 Fevral 2026 18:34
Prezident Axar-Baxar və İlisu milli parkları ilə bağlı fərman verdi
06 Fevral 2026 18:10


Bakı -°C

