Uşaqlara qarşı aqressiv davranışın qarşısını almayanlar cərimə olunacaq
Uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə cərimə tətbiq ediləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, təhsil, tibb, sosial xidmət, idman, istirahət mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.
Həmçinin, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın verilməməsinə görə cərimə tətbiq ediləcək.
Qanun layihəsinə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
17 Mart 2026 13:31
Dilənçiliklə məşğul olanlar cərimə ediləcək
17 Mart 2026 13:13
Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 5 ilədək həbs ediləcək
17 Mart 2026 13:09
Böyük qayıdış: Daha 368 nəfər doğma yurda döndü - YENİLƏNİB
17 Mart 2026 12:07
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi
17 Mart 2026 11:47
Çöküntü və süxurların istifadəsinin hüquqi əsası yaradılır
17 Mart 2026 11:47
Dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə ediləcək
17 Mart 2026 11:42
"Çoxuşaqlı ailələrin dəstəklənməsi prioritet olaraq qalır" - Deputat
17 Mart 2026 10:14


Bakı -°C

