17 Oktyabr 2024 12:03
156
KRİMİNAL

Bakıda mağazadan 7 min manat oğurlandı

Səbail rayonu ərazisində yerləşən mağazaların birindən 7000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Adalet.az DİN-ə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı İ.Əmiraslanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.