Qəbələdə iki nəfər güllələnərək öldürüldü, bir nəfər yaralandı
Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.
Bu barədə Adalet.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Digər Xəbərlər
07 Aprel 2026 11:28
Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - VİDEO
07 Aprel 2026 10:18
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
06 Aprel 2026 12:55
"Kivi" yükündə külli miqdarda narkotik vasitə aşkarlandı
04 Aprel 2026 11:51
Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi
04 Aprel 2026 10:56
"Yaralı halda yarım saat kömək istəyib" - Dəhşətli qətlin detalları - VİDEO
02 Aprel 2026 11:11
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
02 Aprel 2026 09:53
Bakıda ər və arvad bıçaqlandılar - OĞULLARI SAXLANILDI
01 Aprel 2026 15:56


Bakı -°C

