17 Oktyabr 2024 21:54
117
DÜNYA

Hakan Fidan: İran - İsrail müharibəsi gözləniləndir!

İran və İsrail arasında müharibə ehtimalı çox yüksəkdir.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “Haber Qlobal” televiziyasının canlı yayımında deyib.

“Bir tərəfdə Fələstin-Qəzza soyqırımı, digər tərəfdə Livan, üstəlik İranla mümkün müharibə ehtimalı var. Hamısının fərqindəyik”, - deyə nazir bildirib.