Bakıda mağazanı talayan şəxs kameraya düşdü - VİDEO
Paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən oğurluq edilib.
Adalet.az xəbər verir ki, naməlum şəxs obyektə daxil olaraq kassadakı nağd pul vəsaitini, lotereya biletlərini və müxtəlif növ tütün məmulatlarını talayıb. Hadisə zamanı zərərçəkənə 5 min manata yaxın maddi ziyan vurulub.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Fərid Ağayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Digər Xəbərlər
22 Iyun 2026 11:19
Oğurluqla məşğul olan motosikletçi tutuldu - VİDEO
20 Iyun 2026 12:52
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
18 Iyun 2026 12:05
Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı
18 Iyun 2026 11:58


Bakı -°C

