Bakıda məktəbləri 87 519 şagird bitirir
2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 222, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir.
Adalet.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Belə ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 41 941 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 530 988 şagird təhsil alır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 32 052 müəllim fəaliyyət göstərir.
2025-2026-cı tədris ilində paytaxt üzrə ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 371 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
Digər Xəbərlər
21 Iyul 2026 17:25
Burada işləyənlərin sertifikatlaşdırma qaydası təsdiqləndi
21 Iyul 2026 15:12
Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
21 Iyul 2026 11:54
Universitetdən magistratura ilə bağlı açıqlama
21 Iyul 2026 10:19
Magistraturaya ixtisas seçimi başladı
20 Iyul 2026 20:37
“Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” - DİM sədri
20 Iyul 2026 17:31
Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək
20 Iyul 2026 12:12
Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı
20 Iyul 2026 11:30


Bakı -°C

