Bakıda məşhur restoranlar cərimələndi
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Adalet.az-a verilən xəbərə görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Planet", "Xarı Bülbül", "Ay işığı", "Su səsi" və "Manisa Palace" restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı obyekt sahibləri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərinə bir daha çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.
Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nazarət tədbirləri davam etdirilir.
Digər Xəbərlər
09 Sentyabr 2026 16:58
“Subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir”
09 Sentyabr 2026 12:53
Bakının hansı rayonunda daha çox insan yaşayır?
09 Sentyabr 2026 10:39
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - BU TARİXDƏN
09 Sentyabr 2026 10:31
FHN tədbir keçirdi - VİDEO
09 Sentyabr 2026 09:00
Yol qaşındı, amma asfalt salınmadı...
08 Sentyabr 2026 16:58
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
08 Sentyabr 2026 14:50
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
08 Sentyabr 2026 11:14


Bakı -°C

