Bakıda qadın narkotacir saxlanılıb - FOTO
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, həyata keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakini İlahə İsmayılova saxlanılıb. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.
Qeyd edək ki, İ.İsmayılovanın həyat yoldaşı da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün bir müddət əvvəl həbs edilib. Təqdim edilən faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
17 Mart 2026 17:14
Mağazadan oğurluq etdilər - VİDEO
17 Mart 2026 12:23
Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı
17 Mart 2026 10:24
Cinayətdə şübhəli bilinən 35 nəfər tutuldu
17 Mart 2026 10:04
Polis əməliyyat keçirdi: 2 nəfər həbs olundu - VİDEO
16 Mart 2026 16:35
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
16 Mart 2026 13:06
Təqaüdçülərin kartlarını talayan şəxs tutuldu
16 Mart 2026 11:35
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
14 Mart 2026 15:04


Bakı -°C

