Bakıda şagirdi döyən məktəbin mühafizəçisi işdən çıxarıldı -VİDEO + YENİLƏNİB

İyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb.
Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq Səbail rayonu 189 nömrəli tam orta məktəbdən bildirilib.
Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.
Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub.
***
13:23
Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.
Adalet.az xəbər verir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.
Hadisənin görüntülərini təqdim edirik:
Digər Xəbərlər

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır

TİKA azərbaycanlı tələbələrə “Yaşıl Keçid” təlimi keçib -FOTOLAR

“Kaspi Kids” uşaq bağçasında şiddət - VİDEO

Bu siniflər də liseylərə imtahan verə biləcək

Taksi işləmək istəyən sürücülər bu tarixdə imtahan verəcək
