adalet.az header logo
  • Bakı -°C
05 Sentyabr 2026 13:43
64
MƏDƏNİYYƏT
A- A+

Bakıda Şanlıurfa Mədəniyyət Günlərinin açılışı oldu - FOTO

Şanlıurfanın qədim tarixini və zəngin mədəniyyətini Bakıda nümayiş etdirən möhtəşəm tədbir reallaşıb.

Adalet.az xəbər verir ki, paytaxtda "Tarixin Qəlbi Xəzərin Sahilində: Şanlıurfa Mədəniyyət Günləri" çərçivəsində sərgi və mətbuat konfransı keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, Yunus Emre İnstitutunun sədr müavini Ömer Yıldız, həmçinin hər iki ölkənin nümayəndə heyətləri, mədəniyyət xadimləri və mətbuat mənsubları iştirak ediblər.

Rəsmi hissədən sonra Şanlıurfa mədəniyyətinə həsr olunmuş fotoşəkillərdən ibarət sərginin təntənəli açılışı olub.

Sərgidə dünya miqyasında tanınan avstriyalı sənətçinin iki ay ərzində Şanlıurfada apardığı fəaliyyət nəticəsində ərsəyə gələn müəllif işləri təqdim olunub. Fotoəsərlərdə Şanlıurfanın Göbeklitəpə, Karahantəpə kimi qədim və tarixi məkanları, eyni zamanda şəhərin zəngin mədəni irsi, adət-ənənələri və özünəməxsus ruhu böyük ustalıqla əksini tapıb.