Bakıda saxta dollar satan dəstə üzvləri saxlanıldı - VİDEO
Mağazaya alış-veriş edərkən 21 ədəd 100 dollarlıq saxta əskinas verən şəxslər saxlanılıb.
Daxili işlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əskinas verdiyini bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.
Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
17 Mart 2026 17:14
Mağazadan oğurluq etdilər - VİDEO
17 Mart 2026 12:23
Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı
17 Mart 2026 10:24
Cinayətdə şübhəli bilinən 35 nəfər tutuldu
17 Mart 2026 10:04
Polis əməliyyat keçirdi: 2 nəfər həbs olundu - VİDEO
16 Mart 2026 16:35
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
16 Mart 2026 13:06
Təqaüdçülərin kartlarını talayan şəxs tutuldu
16 Mart 2026 11:35
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
14 Mart 2026 15:04


Bakı -°C

