adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Avqust 2022 11:15
589
MARAQLI

Bakıda “süd quyusu” piri - Zaur Əliyev yazır

Azərbaycanın sirrləri

İçəri şəhərdə daha qədimdən müxtəlif dərinlikləri olan “quyu”lar vardır ki, onlar barəsində maraqlı və həqiqətə uyğun fikirlər söylənilir. Bu quyulardan su quyuları, zirzəmilər və ən maraqlısı odur ki, müəyyən ayinlər üçün istifadə olunurdu. Şirvanşahlar sarayı adlanan ərazidə çoxlu sayda quyular mövcuddur. Qaynaqlara inansaq 30-a (bəzi mənbələrdə 51) yaxın quyu olub, onlardan 12-in birinci mərtəbədə saxlayıb. Bir versiyaya görə bu quyular olan ərazinin adı fars dilində “Şirri məzaq” adlanır ki, tərcümədə “süd piri” deməkdir. Deyilənə görə buranın belə adlanması Şirvanın "süd ölkəsi" kimi bəzi fars və ərəb tarixçilərinin əlyazmalarında qeyd edilməsidir. Quyuların bu cürə çox olması isə burda sufi ordeninin bir qolu olan Xəlvətiyyə təriqətinin üzvlərinin 40 gün ərzində meditasiya ilə məşğul olan zaman buranın sularından istifadə etməsi üçündür. Xüsusilə burada bir quyu olub ki, Bakı və İçərişəhərdə xüsusi ezzotirik mənanı ifadə edib. Həmin quyu “süd quyusu” adlanır. Quyunun yerləşdiyi tikilinin tavanı tağlıdır, girişi yuxarıdandır. “Süd-guyusu” üzərindəki otağın hündürlüyü 1 m aşağıdır və burdakı memarlıq üslubu onu göstərir ki, bura açıq-aydın İslamdan əvvəlki dövrlərə gedib çıxır. Tədqiqatçı Ç. Leviatov bu barədə məlumat verir: “Yeri gəlmişkən qeyd edək ki, inqlaba qədər ki, dövrdə müsəlman əhalisi arasında belə inam var idi ki, təsvir olunan günbəzşəkilli otaq və ya divanxananın həyətində yerləşən quru quyulardan biri südünü itirmiş zahı qadınlara süd qaytarmağa qadir olan 261 möcüzəli qüvvəyə malikdir. Bu quyu “süd quyusu” adlanır”

Bu pir saraydan qədimdi. Saray müqəddəs sayılan bu ərazidə qayanın üstündə tikilib. Amma quyuya toxunmayıblar. Ruslar şəhəri alandan sonra Şirvanşahlar sarayında əsgərləri,aşağı mərtəbədə isə atları saxlayırdılar. Onlar buranı dağıtmaq istəsələr də sonradan fikirlərini dəyişiblər.

Zaur Əliyev, dosent