Bakıda taksi sürücülərinə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb - VİDEO
Binəqədi rayonunda müxtəlif vaxtlarda taksi sürücülərinə qarşı soyğunçuluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Naməlum şəxs taksilərə müştəri kimi əyləşəndən sonra sürücülərin mobil telefonlarını müxtəlif qanunsuz yollarla ələ keçirərək hadisə yerindən uzaqlaşıb. Zərərçəkənlərin şikayətləri əsasında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Tural Binyətov saxlanılıb.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Tural Binyətovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi Rayon Polis İdarəsinə, 43-cu Polis Bölməsinə, “102” Xidməti-Zəng Mərkəzin və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Digər Xəbərlər
27 Avqust 2026 16:58
Sabah ilin son Ay tutulması olacaq
27 Avqust 2026 11:58
Salyanda qəbiristanlıqda Bakı sakininin meyiti tapıldı
27 Avqust 2026 10:07
“Yuxulu maşın sürmək faciəyə doğru hərəkət etməkdir” - VİDEO
26 Avqust 2026 20:01
Azərbaycanda ZƏLZƏLƏ OLDU
26 Avqust 2026 11:00
Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb
25 Avqust 2026 17:27
Bakıda məşhur gecə klubunda yanğın - YENİLƏNİB
25 Avqust 2026 17:00
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
25 Avqust 2026 15:56


Bakı -°C

