Bakıda Türkiyə və İsrail rəsmiləri arasında görüş olub

Azərbaycanda aprelin 9-da Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib.
Adalet.az “Haber Global”a istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr yayıb.
Bildirilib ki, bu, "Suriyada münaqişəsizlik" mexanizminin ilk texniki görüşü olub.
"İsrail Suriyaya aid hərbi bazaları hədəf alır. Həmçinin, İsrail Türkiyəni haqsız ittihamlarla hədəf göstərir. Türkiyə isə Suriyada İsraillə münaqişədə olmaq istəmədiyini dəfələrlə vurğulayıb", - məlumatda qeyd edilib.
Digər Xəbərlər

Ərdoğan Azərbaycanla bağlı mühüm sənəd İMZALADI

Azərbaycanın regiondakı lider mövqeyi güclənməkdə davam edir

Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub - YENİLƏNİB
