17 Aprel 2025 16:55
355
SİYASƏT

Prezidentdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev 5 noyabr 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nı genişləndirib. 

Adalet.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. 

Fərmana əsasən, siyahıya “Azərbaycan alüminiumu” ASC, “Azəralüminium” və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-lər verilib. 

Həmin şirkətlər yaxın vaxtlara qədər hazırda ləğv prosesində olan "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin balansında olub.