Dünyanın insanlardan üzü dönəndə bizi sınağa çəkir. Bu sınaq, bu imtahan müharibədə ola bilər, təbii fəlakət də! Sadəcə yetər ki, insanlar bu sınağa hazır olsunlar.Və bir də o hadisələr baş verəndə bizim heç nədən xəbərimiz , bilgimiz olmur.
Gözümüzü açıb görürür ki, artıq, odun- alovun, suyun içindəyik! Aprelin 16- da da belə bir çətinliklər yaşadıq. Təbii fəlakət- sel, qar, külək bizi qəfil haqldı... Və qəfil haqlayanda da bir çoxlarımız özümüzu itirdik. Amma özünə itirməyənlər də oldu! Belə ki, Ağsu rayonunda tikinti işləri görən işçilər yağışdan qorunmaq üçün ekskavatorun kabinasına giriblər. Bir neçə dəqiqədən çaya güclü sel gəlib və sel ekskavatoru aşırıb. Həmin anda sahə rəisi əməkdaşlarını xilas etmək üçün özünü suya atıb.
Onun cəsarəti, igidliyi hesabına iki işçi xilas edilib. Bax , əsl kişilik, əsl qəhrəmanlıq deməkdir. Sahə rəisi öz həyatını qurban verməklə iki insanı ölümün pəncəsindən xilas elədi. Fərqi yoxdu; ya müharibədə insanı xilas eləsin, ya da sel gələndə , hər ikisi qəhrəmanlıdı. Və hər ikisinin adı tarixə qızıl hərflə yazılır.
O, iki nəfəri xilas edən gəncin 44 yaşı və 4 övladı vardı. İndi o, 4 uşaq atasız qalasa da, amma 44 yaşlı oğlan həmişə bu qəhərmanlığı ilə övladlarına bir sevgi, bir məhəbbət, bir istilik gətirəcək və balaları həmişə atalarının qəhrəmanlığı ilə fəxr edəcəklər! Bircə qalır, onun qəhrəmanlığının rəsmi surətdə rəsmləşdirilməsinə! İnşallah, o da tezliklə olar!!!