Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - VİDEO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, qonaqlar əvvəlcə Zəfər parkına gələrək Zəfər abidəsinin önünə əklil qoyub. Sonra Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub, xatirələri dərin hörmət və ehtiramla yad edilib.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklil və gül dəstələri düzüblər.Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını xüsusi olaraq qeyd edib.
Hər zaman qardaş ölkəyə səfərlərindən və orada keçirdiyi görüşlərdən razı qaldığını bildirən general-polkovnik Z.Həsənov Türkiyə Respublikasında keçirilən beynəlxalq təlimlərin təşkilatçılığını, eləcə də iştirak edən hərbi qulluqçularımızın peşəkarlığını yüksək qiymətləndirib.
Donanma admiralı E.Tatlıoğlu da öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Yüksək rütbəli qonaq strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələrimzin hər iki qardaş ölkənin HDQ-nin inkişafına da müsbət təsirini diqqətə çatdırıb.
Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələlər müzakirə olunub, hər iki ölkənin HDQ arasında əlaqələrin imkan və perspektivlərindən danışılıb.
Daha sonra Azərbaycan Respublikasının müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüş keçirilib. Səmimi dialoq çərçivəsində keçən görüşdə Azərbaycan Ordusunun Türkiyə Respublikası Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərin müsbət nəticələri barədə geniş fikir mübadiləsi aparılıb.
Türkiyə nümayəndə heyəti sonda Azərbaycan HDQ-ni ziyarət edib. Qonaqları qarşılayan Azərbaycan HDQ-nin komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov türkiyəli həmkarı ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.
Digər Xəbərlər
25 May 2026 12:22
Ceyhun Bayramov ABŞ-yə getdi
25 May 2026 12:15
"Türkiyədə iqtisadi böhran dərinləşəcək..."
25 May 2026 11:58
İlham Əliyev müşavirə keçirdi - FOTOLAR
25 May 2026 11:28
XİN Argentinanı təbrik etdi
25 May 2026 11:17
Berdiməhəmmədov İlham Əliyevi təbrik etdi
25 May 2026 11:15
Bahar Muradova sabah parlamentə hesabat verəcək
25 May 2026 10:20
“Rusiyanın bütün cəhdlərinə baxmayaraq, Paşinyan effektli seçki kampaniyası aparır”
25 May 2026 10:10


Bakı -°C

